Firmanın Beton Zavodu
Zavod Sifariş əsasında Dövlət standartlarına uyğun istənilən növ yığma dəmir-beton məmulatların hazırlanmasını həyata keçirir. Bakı-Tbilisi-Ceyhan Beynəlxalq boru kəmərinin boru altı dəmir-beton tavaları və Nasos stansiyalarının tikintisi üçün tələb olunan dəmir-beton məmulatlar bizim tərəfimizdən vaxtında və yüksək keyfiyyətlə sifarişçiyə təhvil verilmişdir. Mingəçevir su anbarından ayrılan su kanallarda kanalların məcrasını dəyişmək üçün tələb olunan dəmir-beton divarlar bizim zavod tərəfindən hazırlanmışdır.
Zavodda istehsal olunan bütün dəmir-beton məmulatlar sertifikatlaşdırlır. Zavodda betonun möhkəmliyini yoxlamaq üçün Dövlət qeydiyyatından keçirilmiş Laboratoriya fəaliyyət göstərir. Zavod sifariş əsasında istənilən sinifli əmtəə betonun istehsalını təmin edir.